BAKI, 27 iyul — Sputnik. Alimlər bildirirlər ki, Marsda maye halda suyun varlığının sübutu aşkarlanıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 20 kilometr ölçüdə olan göl planetin cənub yarımkürəsində yerləşir və üzəri qalın buz qatı ilə örtülüdür.
Məlumata görə, göl "Mars-ekspress" beynəlxalq stansiyası tərəfindən quraşdırılmış "Marsis" radarının köməyi ilə aşkarlanıb.
Radar su qatının qalınlığını ölçə bilməyib.