Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Emin Ağalarov Zara ilə bağlı iradlara münasibətini bildirdi

Abunə olmaq
Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyanın əməkdar artisti, müğənni Zaranın "Jara-2018" Beynəlxalq Musiqi Festivalında iştirakına münasibətini bildirib

BAKI, 27 iyul — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyanın əməkdar artisti, müğənni Zaranın "Jara-2018" Beynəlxalq Musiqi Festivalında iştirakına münasibətini bildirib.

Sputnik Azərbaycan-a müsahibəsində müğənni qeyd edib ki, Zara milliyyətçə erməni yox, kürddür. Ona görə də, onun Bakıya gəlməsində heç bir problem yoxdur.

"Başa düşürsüz, musiqi festivalı müsbət emosiya deməkdir, neqativ yox?! Bu, kimlərinsə Zaranın gəlişini necə təqdim etməsindən asılı olmayaraq belədir. Zara çox gözəl müğənnidir. Layihədə iştirak etməyi və Bakıya gəlməyi o, özü istəyib" — deyə EMIN bildirib. 

Съемки фильма Жара в Баку - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Sputnik Azərbaycan-ın əməkdaşı Emin Ağalarovun filmində çəkilib - VİDEO

Xatırladaq ki, azərbaycanlıları Zaranın erməni olması deyil, qondarma "erməni soyqırımı"nı və erməni musiqisini fəal surətdə təbliğ etməsi qıcıqlandırır. Əksəriyyət hesab edir ki, Ermənistanı doğma vətəni adlandıran və ermənilərin təbliğat ruporuna çevrilən bir müğənninin Azərbaycanda keçirilən musiqi layihəsində iştirakı yolverilməzdir.

Ənənəvi müsiqi festivalı olan "Jara"ya iyulun 26-da "Sea Breeze" turizm kompleksində start verilib və iyulun 29-dək davam edəcək.

Layihənin açılış günündə Qriqori Leps, Yeqor Krid, Dima Bilan, Alekseyev, Yuri Kovalçuk, Aleksey Çumakov, Qlükoza, Aleksandr Panayotov, Klava Kola, Sergey Lazarev, Anna Sedokova, Mişa Marvin, Nyuşa, "Qradus" qrupu və digər ifaçılar çıxış edib.

İyulun 27-də isə Leonid Aqutin, Vladimir Presnyakov və Valeriyanın yubiley gecəsi keçiriləcək. Bu gecədə Anjelika Varum, Natalya Podolskaya, Kristina Orbakayte, Stas Pyexa, İrina Dubtsova, Slava, Natali və başqalarının çıxışı gözələnilir.

İyulun 28-də isə "Leninqrad" qrupunun konserti olacaq. Həmin gün Lolita, İrina Dubtsova, Ciqan, Monatik, Loboda, Aleksandr Panayotov, Mari Kraymberi, Timur Rodrigez, "Banderos", "A-studio" qrupları və başqaları çıxış edəcək. 

Анна Седокова на красной ковровой дорожке фестиваля Жара-2018 - Sputnik Azərbaycan
FOTO
“Jara-2018” şəkillərdə: Qırmızı xalı üzərinə kimlər çıxdı

Festivalın son günü Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecələri keçiriləcək. Onlarla birlikdə səhnəyə Diana Arbenina, Qriqori Leps, Albina Canabayeva, Emin Ağalarov, Danil Buranov, Loboda, Ani Lorak və başqaları çıxacaq.

"Jara" Beynəlxalq Festivalı 2016-cı ildən başlayaraq hər il Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov (EMIN), RF-nın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammafon" mükafatının yaradıcısı Sergey Kojevnikovdur. Bu layihədə Azərbaycan, Rusiya, ukrayna, İtaliya, Amerika və digər ölkələrin populyar estrada ulduzları iştirak edir.

Xəbər lenti
0