BAKI, 27 iyul — Sputnik. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2014-cü ildən bəri Suriya və İraqa endirdiyi aviazərbələr 1095 dinc sakinin ölümü ilə nəticələnib.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə koalisiya qüvvələrinin yaydığı hesabatda bildirilir.
"Bu müddət ərzində əlçatan informasiyaya əsasən birgə operativ qrupun qiymətləndirilməsinə (CJTF-OIR) görə, ən azı 1059 mülki şəxs koalisiya qüvvələrinin aviazərbələr nəticəsində ehtiyatsızlıqdan öldürülüb" — deyə hesabatda qeyd olunur.
May ayının sonunda bu rəqəm 892, iyun ayında isə 939 olub.
Qeyd edək ki, ABŞ və onun tərəfdaşları Suriya və İraqda İŞİD terror təşkilatına qarşı "Sarsılmaz qətiyyət" adlı əməliyyat həyata keçirir.