Əfsanəvi futbolçudan gözlənilməz qərar

© AP Photo / Sergei GritsDiego Armando Maradona
Diego Armando Maradona - Sputnik Azərbaycan
Abunə olmaq
Toyun vaxtı hələ ki, dəqiq bilinmir

BAKI, 27 iyul — Sputnik. Dünyada məşhur sabiq futbolçu Dieqo Maradona ailə həyatı qurmağa hazılaşır. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, 57 yaşlı sabiq futbolçu özündən 29 yaş kiçik olan sevgilisinə evlilik təklifi edib.

Futbolçu 28 yaşlı sevgilisi Rosio Olivanın doğum gününü qeyd etmək məqsədilə kiçik bir məclis təşkil edib. 45 nəfər ən yaxınlarının iştirak etdiyi məclisdə Maradona uzun müddətdir sevgili olduğu sabiq futbolçudan müsbət cavab almağı bacarıb. Toyun vaxtı isə hələ ki, dəqiq bilinmir.

Qeyd edək ki, Oliva da bir müddət futbol ilə məşğul olub.

Cütlük 2014-cü ildə evlənməyə hazırlaşsa da, Maradonanın sevgilisini oğurluqda, qarşı tərəf isə futbolçunu güc tətbiq etməkdə ittiham etdiyinə görə ayrılmışdılar.

Xəbər lenti
0