CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızının ölüm məktubu ananı dəhşətə saldı, amma...

© AFP 2024 / Manan VATSYAYANASosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın ölümqabağı məktub haqqında eşidən kimi qızına zəng edib

BAKI, 26 iyul — Sputnik. Britaniyalı Viktoriya Uilyams qızının sosial şəbəkədə paylaşılan ölümqabağı məktubundan dəhşətə gəlib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ana paylaşımdan xəbər tutan kimi qızın dostları əlaqə saxlayıb.

Paylaşımda 13 yaşlı qızın şəkli var və üzərində "Rahat yat, Seren" yazılıb. Paylaşımın altında isə qızın intihar etməsinin səbəbləri açıqlanıb. Qızın ciddi zorakılıqdan sonra depressiyaya düşdüyü və buna görə intihar etdiyi yazılıb.

© Photo : LentaSeren Uilyamsın dostlarının paylaşımı
Seren Uilyamsın dostlarının paylaşımı - Sputnik Azərbaycan
Seren Uilyamsın dostlarının paylaşımı

Qadın ölümqabağı məktub haqqında eşidən kimi qızına zəng edib. Qız anasına sağ olduğunu və intihar haqqında düşünmədiyini bildirib.

Uilyams qızına onun haqında olan paylaşım haqqında danışb. Sən demə, paylaşımı qızın adından bir qrup "zarafatcıl" şəxs edibmiş. Ailə polisə və məktəb rəhbərliyinə şikayət edib. Qadın qeyd edib ki, hadisədən sonra qızının telefonunu tez-tez yoxlayır: "Mənim bəxtim gətirib ki, qızım mənə inanır. Onun bütün sosial şəbəkə hesablarının şifrəsi məndə var. Mən çox şanslıyam ki, qızımla danışa bilirəm".

Qadın bütün valideynləri diqqətli olmağa çağırıb.

Xəbər lenti
0