BAKI, 26 iyul — Sputnik. Hadisə yerindən yayınmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycana-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
İyulun 22-nə keçən gecə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə 45-50 yaşlı kişinin ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmaması və orada ölməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini Tofiq Abbasov olduğu, Babək prospektində yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "Hyundai" markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Eldar Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.