Paşinyan Putinlə görüşündən danışdı: "Gözlərini unuda bilmirəm"

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidNikol Paşinyan və Vladimir Putinin görüşü, 14 may 2018-ci il
Nikol Paşinyan və Vladimir Putinin görüşü, 14 may 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan baş naziri Nikol Paşinyan "Exo Moskva" radisotansiyasına müsahibə verib

BAKI, 26 iyul — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan "Exo Moskva" radisotansiyasına müsahibə verib. Sputnik Azərbaycan xəbər verir ki, müsahibədə o, Rusiya prezidenti Vladimir Putinlə olan münasibətindən də danışıb.

Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Nikol Paşinyan: "İlham Əliyevə zəng etmək yaxşı ideyadır"

Jurnalistin "Paşinyan Vladimir Putinlə görüşü necə təsəvvür edirdi, asan, yoxsa ağır danışıqlar?" sualına cavab olaraq Ermənistan baş naziri bildirib: "Düzünü desək, mən bunun ağır olacağını düşünürdüm".

Paşinyan etiraf edib ki, Putinin açıq və səmimi danışığı onun üçün xoş sürpriz olub: "Onun çox açıq və səmimi insan olması mənim üçün sürpriz oldu. Məni bizim münasibətlərdə nə qane edir? Biz hər şeyi açıq və səmimi şəkildə müzakirə edirik. Moskvaya səfərimdən sonra bildirdim ki, Ermənistan və Rusiya arasında əlaqələrdə qaranlıq məqamlar olmamalıdır" — deyə erməni lider qeyd edib.

Onun sözlərinə görə, bu, hər iki ölkə liderinin həmişə hər şeylə razılaşacağı anlamına gəlmir, lakin onlar bir-birilərinə qarşı səmimi olacaqlar: "Düşünürəm ki, iki ölkə lideri bir-birilərinin gözünə baxıb, birbaşa açıq, səmimi və dürüst danışırlarsa, bu, ən böyük dostluqdur".

Jurnalistin tərəflər arasında danışıqların telefonla da aparılması qeydinə isə erməni lider belə cavab verib: "Mən onun gözlərini, o isə mənim gözlərimi xatırlayır".

Xəbər lenti
0