Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda hər kəsin axtardığı şəxsin meyiti tapıldı

CC0 / bertvthul / лесГорные леса Кавказа, Азербайджан, Шеки
Горные леса Кавказа, Азербайджан, Шеки - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlara dair məlumat var

BAKI, 26 iyul — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə davam edən axtarışlar zamanı 21 iyul 2018-ci il tarixində axtarışların aparıldığı ərazidə naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkar olunub.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Q.İbrahimovun meyitinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir.

Yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti və helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər lenti
0