Mübariz Əhmədoğlu: “Azərbaycan NATO münasibətləri bundan sonra da inkişaf edəcək”
“Azərbaycanın NATO ilə münasibətləri regionumuzdakı heç bir iri dövlətin maraqlarının əleyhinə yönəlməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, Azərbaycan NATO münasibətləri ikitərəfli və təmkinli münasibətlər sistemidir: “Bizim münasibətlərimizdə inkişaf və dinamika var. Azərbaycan NATO münasibətləri bundan sonra da inkişaf edəcək. Azərbaycan müstəqil siyasət həyata keçirir. Bu Azərbaycanın NATO, ABŞ, Rusiya və İranla olan siyasətinə də aiddir”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz