Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Astara sakini narkotiki sata bilmədi

© Sputnik / Rahim MuradovAstara Rayon Polis şöbəsi
Astara Rayon Polis şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Astara polisi külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxardı

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata əsasən, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini Fariz Məmmədov 5 qram narkotik vasitə olan tiryəki satarkən saxlanılıb.

© Sputnik / Rahim Muradov5 bükümdə ümumi çəkisi 6 kiloqram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb
5 bükümdə ümumi çəkisi 6 kiloqram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb - Sputnik Azərbaycan
5 bükümdə ümumi çəkisi 6 kiloqram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb

Saxlanılan şəxsin üzərinə baxış zamanı isə əlavə olaraq 25 qramdan artıq tiryək aşkar edilərək götürülüb. F.Məmmədovun yaşadığı fərdi evə baxış keçirilən zaman 5 bükümdə ümumi çəkisi 6 kiloqram narkotik vasitə olan tiryək, içərisində narkotik vasitə qalığı olan şüşə flakon və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. 

Saxlanılan F.Məmmədov ifadəsində bildirib ki, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotik vasitəni tanımadığı İran vətəndaşından əldə edib.

Faktla bağlı Astara Rayon Polis şöbəsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Xəbər lenti
0