QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Amerikalı müəllif Tərtərdən və erməni işğalından yazıb

Abunə olmaq
Raul Loueri-Kontreras: "Tərtərdə əkinçilik inkişaf edərkən, ətraf təpələrdəki erməni əhalisi yeməyə qida tapmır və uzaq Ermənistandan tədarük ediləcək ərzağı gözləməli olur"

BAKI, 25 iyul — Sputnik. Amerikanın Daily Caller nəşri Dağlıq Qarabağ münaqişəsi və Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti yaxınlığında yerləşən Tərtər rayonunun Qapanlı kəndində həyatın necə getdiyindən bəhs edən yazı dərc edib.

Məqalənin müəllifi Raul Loueri-Kontreras qeyd edib ki, Qapanlı kəndi 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin birbaşa mövqeləri qarşısında yerləşir.

© Photo : EnvivoproductionsMəqalənin müəllifi Raul Loueri-Kontreras
Məqalənin müəllifi Raul Loueri-Kontreras - Sputnik Azərbaycan
Məqalənin müəllifi Raul Loueri-Kontreras

"Müharibə illərində dağıdılmış köhnə Qapanlı kəndinin yerində Azərbaycan hökuməti ermənilər tərəfindən Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün yeni kənd salıb" — yazan müəlif qeyd edib ki, Qapanlı müharibə illərində dağıdılmış və məcburi köçkünlər üçün yenidən bərpa edilmiş çoxsaylı Azərbaycan kəndlərindən biridir. Qapanlı kəndini başqalarından fərqləndirən həm də onun təmas xəttində yerləşməsidir.

Loueri-Kontreras öz məqaləsində həmçinin xatırladıb ki, BMT-nin məlumatlarına görə, Erməni Silahlı Qüvvələrinin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində milyona yaxın azərbaycanlı məcburi köçkün olub.

Müəllifin yazdığına görə, onun "niyə onlar üçün kənd yenidən dağıdılmış kəndin yerində salınıb" sualına yerli sakinlər belə cavab veriblər: "Bu ki, bizim torpağımızdır".

O, həmçinin Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumunun nəticələrini müşahidə etdiyini, binaların üzərində güllə izlərinə rast gəldiyini bildirib. Loueri-Kontreras məqaləsində qeyd edib ki, erməni işğalının aydın nəticələrindən biri də Ermənistan Silahlı Qüvvələrinin dağlardan axan çayların məcrasını dəyişərək və axmasının qarşısını alaraq Tərtər bölgəsinə daxil olmasına imkan verməməsidir. 

Tərtər rayonu Qapanlı kəndi, arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Təhlükə ilə üz-üzə, lakin nikbin: Cəbhəyanı kəndimizin bir günü

"Bu, Azərbaycan ərazilərinin su təchizatına maneə törədir. Ancaq hökumətin böyük səyləri sayəsində dörd min quyu qazılıb və Tərtərin kənd təsərrüfatı həmişə olduğu kimi yenidən zəngin məhsul verir" — deyə Loueri-Kontreras yazıb.

"Tərtərdə əkinçilik inkişaf edərkən, ətraf təpələrdəki erməni əhalisi yeməyə qida tapmır və uzaq Ermənistandan tədarük ediləcək ərzağı gözləməli olur" — deyə müəllif qeyd edib.

Onun yazdığına görə, Tərtər əhalisinə olan təhdidləri nəzərə alaraq, burada bir neçə min adamın yerləşə biləcəyi bomba sığınacağı tikilib: "Əgər erməni hərbi birləşmələri yenidən atmağa başlasalar, əhali bura sığına biləcək".

Bütün bunlarla yanaşı, məqalədə qeyd olunur ki, Qapanlı və Tərtər camaatı Ermənistan Silahlı Qüvvələrinin silahları altında özünün gündəlik işləri ilə məşğuldur.

Xəbər lenti
0