QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Təhlükə ilə üz-üzə, lakin nikbin: Cəbhəyanı kəndimizin bir günü

© Sputnik / Murad OrujovTərtər rayonu Qapanlı kəndi, arxiv şəkli
Tərtər rayonu Qapanlı kəndi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qapanlıda həyat davam edir. Baharın isti nəfəsi çiçəkləyən ağacların, yaşıllaşan çəmənliklərin gözəlləşməsinə rəvac verib sanki

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 17 mart — Sputnik. Yolumuz düşmən mövqeləri ilə üzbəüz və daim təhlükə altında olan Tərtər rayonunun Qapanlı kəndinədir. Tərtərdən kəndə gedib-gəlmək elə də çətin deyil. Həm taksi fəaliyyəti ilə məşğul olan kiçik minik maşınları, həm də Tərtər avtobazasına məxsus PAZ markalı avtobuslar sərnişinləri rahatlıqla mənzil başına çatdırırlar. 

Tərtər bazarının yanında dayanan avtobus günorta saat 13:00-da Qapanlıya doğru hərəkət etməyə başlayır. Sürücü Qaynaq kənd sakini Elxan kişi idarə elədiyi avtobusun Tərtər avtobazasına məxsus olduğunu,  plan verdiklərini, dolanışıqlarını çıxara bildiklərini deyir. İşindən şikayətçi olmadığı görünür. 

Mollalar, Qarağacı, Qaradağlı kəndlərini keçəndən sonra cəbhənin təmas xəttində ən qaynar nöqtələrdən olan Qapanlı kəndinə çatırıq. Qapanlıların üzündə gördüyümüz təbəssüm bizi sevindirir. Deməli, kənd sakinlərinin əhvali-ruhiyyəsi yerindədir. 

Tarlada yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Erməni tərəfi cəbhəyanı kəndlərdə yanğın törətdi

Qapanlıdan piyada, addım-addım ermənilərin yaşadığı Seyidsulan kəndinə tərəf irəliləyirik. Kəndi atəşdən qorumaq üçün qaldırılan torpaq sədd burada həyat üçün ermənilərin yaratdığı təhlükəni göstərir. Bu təhlükəni gözə alıb Qapanlıda yaşamağı qəhrəmanlıq da adlandırmaq olar. Qapanlılar aprel döyüşlərindən sonra ermənilərin əvvəllər olduğu qədər aqressiv davranmadıqlarını, dinc əhalini gülləbəran eləmədiklərini bildirirlər. İndi camaat əkin sahələrini texnikalarla əkir, becərir. Mal-qaranı ermənin gördüyü  sahələrdə otarırlar. Görünür ki, aprel döyüşləriindən sonra ermənilər elədiklərinin qarşılarına çıxdığını, acının nə demək olduğunu  yaxşıca dərk ediblər. Tökdükləri nahaq qanların əvəzsiz qalmadığı, dinc farağat dayanmağın dərsini alıblar.   

Ara-sıra toplardan açılan atəşin gurultusu gəlir. Kənd sakinləri bunun ordumuzun apardığı geniş miqyaslı təlimlərlə bağlı  olduğunu bildirirlər. 

İşıq, qaz, su sarıdan qapanlıların heç bir problemi yoxdur. Kənddə işıq da, qaz da gur yanır. 

Жители села Сарыджалы Агдамского района - Sputnik Azərbaycan
QARABAĞ
Cəbhəyanı kəndin sakini: "Heç yerə getməyəcəyik, hamı öz ev-eşiyindədir"

Kənd arasında otlaqdan qayıdan dəstə-dəstə qoyun sürüləri qapanlıların zəhmətkeş olduğunu göstərir. Burada sosial yardım alan yoxdur. Hamı zəhmətinə güvənib, çalışır, qazanır, sərf elədikləri əməyin bəhrəsini görürlər. 

Qapanlılar güclü Azərbaycan dövlətinə, ordumuza güvənərək tam arxayınlıqla hamı bir nəfər kimi iş görür, qurur, yaradır. Kənddə yeni qoyulan həyət darvazaları, tikilən yarlı-yaraşıqlı evlərdə burda yaşayanların gələcəyə nikbin baxdıqlarını göstərir.

Azərbaycan xalqının müqəddəs milli byramını qapanlılarında yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini görürük. Hər evdə Novruz bayramının atributu olan yaşıl səməni var. İlaxır çərşənbənin də gözəl el adətinə uyğun qeyd edəcəklərini deyirlər qapanlılar. 

Xəbər lenti
0