BAKI, 25 iyul — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Suriya üzrə danışıqlar üçün Berlindən Parisə yollanıblar. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə diplomatik mənbə bildirib.
"Onlar Parisə gediblər və Suriyanı müzakirə ediblər" — deyə mənbə vurğulayıb.
Qeyd edək ki, dünən Rusiya təmsilçiləri Almaniya kansleri Angela Merkel və Almaniya xarici işlər naziri Hayko Maasla görüş keçirib.
Xatırladaq ki, bundan əvvəl Lavrov və Gerasimov Qərbi Qüdsdə İsrail baş naziri Binyamin Netanyahu ilə görüşüblər.