Sünnət ölümə səbəb oldu

© AP Photo / Ben CurtisSomalili balaca qız
Somalili balaca qız - Sputnik Azərbaycan
Abunə olmaq
Qızın atası bunun adət olduğunu deyərək, sünnətçidən şikayət etməyəcklərini bildirib

BAKI, 25 iyul — Sputnik. Somalidə məhəllə sünnətçisinə sünnət etdirilən 10 yaşlı qız qanaxmadan ölüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Hanano xəstəxanasının həkimləri qızın həyatını qurtarmağa çalışsa da, mümkün olmayıb.

"Həyatımda belə sünnət edilən birini görmədim. Uşaq xəstəxanaya gətirilən zaman tetanus olmuşdu. Bu da sünnətin streil olmayan alətlərlə edildiyini sübut edir" — deyə xəstəxananın həkimi bildirib.

Keniyanın paytaxtı Nayrobi yaxınlığında torpaq çatı, 6 aprel 2018-ci il - Sputnik Azərbaycan
Bu fantastika deyil: Afrika iki yerə bölünür – VİDEO

Qızın atası isə bunun adət olduğunu deyərək, sünnətçidən şikayət etməyəcəklərini bildirib.

Sünnətçi polis tərəfindən saxlanılsa da, ölkədə onu cəzalandıra biləcək qanun yoxdur. Bu, Somalidə hər gün yaşanan hadisələrdən biridir. Ölkədə qız uşaqlarının 98 faizi sünnət etdirilir.

Somali Konstutsiyası qadın sünnətini qadağan edir. Amma ölkə qanunvericiliyində bu cinayətin cəzası da yoxdur. Ölkədə bu sahədə cəzaların tətbiq edilməsi mümkün olmayıb. Ölkədə sünnət edilməyən qız uşaqları təzyiqlə qarşılaşır.

Xəbər lenti
0