Ölkə üzrə reyd: Siqaret çəkilməsi ilə bağlı kütləvi cərimələmə gedir

© AFP 2024 / DAVID EBENERЗажженная сигарета в руке, фото из архива
Зажженная сигарета в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İnzibati məsuliyyətə cəlb olunmuş şəxslərə tətbiq edilmiş cərimələr 11.205 manat təşkil edib

BAKI, 25 iyul — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə monitorinqlər və geniş izahat işləri aparır. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Фабрика АО Филип Моррис Ижора в Ленинградской области - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda siqaretlərin qiyməti təkrar "oynaya" bilər

Bildilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin icrası daim diqqət mərkəzində saxlanıb, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib.

Respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə — təhsil və tərbiyə, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, Metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda, avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində monitorinqlər keçirilmiş, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılıb.

Maarifləndirmə tədbirləri çərçivəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 11.4-cü bəndinə əsasən, müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzi Sisteminə və www.mia.gov.az elektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilib.

Ümumilikdə, 2018-ci ilin 6 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə görə 363 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci və 306.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş, onlara tətbiq edilmiş cərimələr 11.205 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti
0