Prezidentdən mühüm təyinat: Əli Həsənov, Ceyhun, Bayramov, Azad Rəhimov...

Abunə olmaq
Yeddi nəfər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilib

BAKI, 25 iyul — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan turkustan.info-ya istinadən xəbər verir ki, sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilib:

Həsənov Əli Məhəmmədəli oğlu – Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Bayramov Ceyhun Əziz oğlu – Azərbaycan Respublikasının təhsil naziri

Qarayev Əbülfəs Mürsəl oğlu – Azərbaycan Respublikasının mədəniyyət naziri

Rəhimov Azad Arif oğlu – Azərbaycan Respublikasının gənclər və idman naziri

Hüseynova Hicran Kamran qızı – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Qurbanlı Mübariz Qəhrəman oğlu – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Amaşov Əflatun Əhməd oğlu – Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı.

Xəbər lenti
0