BAKI, 25 iyul — Sputnik. İyul ayının 25-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyul ayının 24-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub. Avro/manat məzənnəsi 1.9855 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0269 manata, türk lirəsi isə 0,3483 manata düşüb.
Qeyd edək ki, iyulun 24-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9851 manata, 1 rubl 0,0270 manata, 1 türk lirəsi isə 0,3583 manata bərabər idi.