CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL qalmaqallı hadisəyə aydınlıq gətirdi

© Sputnik / Murad OrujovСамолет "Азербайджанских авиалиний". Фото из архива AZAL
Самолет Азербайджанских авиалиний. Фото из архива AZAL - Sputnik Azərbaycan
Abunə olmaq
"Siz Naxçıvandan Bakıya gəlmədiyiniz üçün Bakıdan Naxçıvana uça bilməzsiniz"

BAKI, 25 iyul — Sputnik. "Bir neçə gün öncə qeyd etmişdim ki, Naxçıvana da biletləri bütün normal sivil ölkələrdə olduğu kimi onlayn almaq olur. Təbii ki, müasir texnologiyalara üstünlük verdiyimə görə 28 May-dakı kassada 90-cı illərin növbəsində durmamaq üçün biletlərimi onlayn aldım, ödənişi də kartla etdim". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında müsahibimiz Xəyal Məmmədxanlı deyib.

O bildirib ki, bu gün saat 13:10 da J2 253-cü reyslə Naxçıvana uçmalı və gecə geriyə qayıtmalı imiş. Lakin gözləmədiyi problemlə qarşılaşıb: "Hava limanında qeydiyyata yaxınlaşdım, bileti təqdim etdim və biabrıçılıqlar başlandı. Adımın sistemdə olmadığını dedilər. Kassaya yaxınlaşdım, sistemə baxdılar və məlum oldu ki, sistem mənim ilk öncə Naxçıvandan Bakıya gəlməli olduğumu, sonra Bakıdan Naxçıvana uçmalı olduğumu qeyd edib. Halbuki, mənim əlimdəki biletdə sıralama əksinədir. Nə isə, uzun mübahisədən sonra dedim ki, yaxşı, razıyam, tutaq ki, mən Naxçıvan-Bakı tariximi səhv qeyd etmişəm, 26 iyul yox, 25 iyul yazmışam, Bakı-Naxçıvan reysim ki, yerindədir. Mənə cavab verdilər ki, "Siz Naxçıvandan Bakıya gəlmədiyiniz üçün Bakıdan Naxçıvana uça bilməzsiniz". 

AZAL - təyyarə - Sputnik Azərbaycan
CƏMİYYƏT
AZAL onlayn bilet satışını dayandırdı, səbəb...

X. Məmmədxanlının sözlərinə görə, elektron müraciət edərək yaranmış vəziyyət barədə şikayətini bildirib. Ona 25% cərimə ilə biletin pulunun qaytarılacağı bildirilib.

Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Sputnik Azərbaycan-a açıqlama verib. O bildirib ki, hər biletin satış qaydaları var: "Elə biletlər var ki, siz onları aldığınız zaman müəyyən şərtlər olur. Elə biletlər var ki, ümumiyyətlə qaytarılmır, elə biletlər var ki, cərimə ilə qaytarılır, elə biletlər də var ki, pulsuz qaytarılır".

P.Kəsəmənski qeyd edib ki, vətəndaş səhv etmədiyinə əmindirsə, AZAL-ın şikayətlər departamentinə müraciət edə bilər: "Vətəndaş məktubla müraciət edib, biletləri də əlavə etsin. Qısa müddət ərzində onun şikayətinə baxılıb, cavab veriləcək. Əgər vətəndaş haqlıdrsa, müəyyən təbirlər görüləcək".

Xəbər lenti
0