BAKI, 25 iyul — Sputnik. İngiltərədə bir fotoqraf həyatının şokunu yaşayıb.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Broun adlı fotoqraf qatar stansiyasına gedib və gördüyü mənzərədən dəhşətəgəlib. Belə ki, bir uşaq yerə uzanaraq başını qatar relslərinin üzərinə qoyubmuş. Atası isə iki qızı ilə kənardan onu izləyirmiş.
Broun ataya yaxınlaşaraq, uşağın həyatı üçün təhlükə olduğunu desə də, kişi qatarların stansiyaya daxil olma vaxtını bildiyini, oğlunun oynamasına manə olmamasını istəyib. Fotoqraf isə uşağın şəkillərini çəkərək stansiya rəhbərliyinə müraciət edib. Adiyyatı qurumun işçiləri uşağı relslərin üzərindən çıxarıblar.
Daha sonra məlum olub ki, qatarların stansiyaya daxil olma vaxtı dəqiq bilinmir…
Hər an bir qatar stansiyaya daxil ola bilər.