BAKI, 25 iyuk — Sputnik. ABŞ beşinci nəsil "F-35" qırıcı təyyarələrini Türkiyəyə göndərməkdən imtina edib.
Sputnik Azərbaycan "The Washington Times"a istinadla xəbər verir ki, buna rəsmi Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini almaq qərarı səbəb olub.
Konqresin ABŞ-ın 2019-cu il üçün müdafiə büdcəsinin sonuncu variantına bununla bağlı düzəliş edilib. Düzəlişi həm Senat, həm də Nümayəndələr Palatası bəyənib.
Düzəlişdə qeyd edilir ki, Pentaqon Ankaranın F-35 proqramında iştirakının ciddi şəkildə dəyişməsini araşdırıb başa çatdırmayana qədər, Türkiyəyə belə təyyarələrin satışı qadağan edilir.