Psixoloq bildirib ki, bizdə qəbul mərhələsində daha çox abituriyentlərin fənn hazırlığı məsələsinə üstünlük verilir və psixoloji hazırlıq arxa plana keçir.
"Abituriyentlərin həyatındakı narahatlıqlar onların dərsi mənimsəməsinə mənfi təsir göstərir. Onu da qeyd etməliyik ki, bu gün problemli valideynlər də çoxdur. Ailədaxili münaqişələr abituriyentin psixologiyasına mənfi təsir göstərir. Sırf bu mərhələdə maarifləndirmə işləri aparılmalıdır"?— deyə Elnur Rüstəmov bildirib.
Qeyd edk ki, qəbul imtahanları dövründə abituriyentlər arasında müntəzəm baş verən intiharlardan biri də iyulun 23-də olub. Özünü Yeni Günəşli qəsəbəsi, V massivdəki 5-ci binanın 9-cu mərtəbəsindən ataraq intihar edən Şəbnəm Rzayeva abituriyent imiş və Azərbaycan Tibb Universitetinə hazırlaşırmış.
Psixoloq Elnur Rüstəmovun geniş şərhini audiofaylda dinləyə bilərsiniz