BAKI, 24 iyul — Sputnik. Ötən gecə Zaqatala rayonunun Muxax kəndində xoşagəlməz hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, sözügedən kəndin inzibati ərazisindəki sığınacaqda yaşayan rayon sakini, 1983-cü il təvəllüdlü Zülfüqar Məmmədov sol bilək nahiyəsini kəsici alətlə kəsib.
Xəsarət almış şəxs Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.