BAKI, 24 iyul — Sputnik. Ailə quran cütlük bu anların daha xoş olması üçün toya qeyri-adi bir tərzdə daxil olmaq istəyiblər.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəy və gəlin traktorun çalovunda mərasimə daxil olan zaman yaranan texniki nasazlıq az qala onların arzularının faciə ilə nəticələnə bilərmiş. Belə ki, çalov yerindən çıxıb və bəylə gəlin bir neçə metr hündürlükdən yerə yıxılıblar. Xoşbəxtlikdən günün qəhrəmanları heç bir xəsarət almayıb.