CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Space” polisə müraciət etdi: Ortada 500 minlik fırıldaq var

© Sputnik / Rahim MuradovAstara Rayon Polis şöbəsi
Astara Rayon Polis şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Vətəndaşların müraciətlərinə baxılması haqqında" Azərbaycan respublikası qanununa uyğun olaraq həmən ərizələr Space telekanalı tərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilib

BAKI, 24 iyul — Sputnik. "Məlumat üçün bildiririk ki, əvvəllər “Space” telekanalına layihələr təqdim edərək, müqavilə əsasında verilişlər istehsal etmiş, "Azərbaycan Media qrup" təşkilatının rəhbəri Ağayev Vüqar Həsənağa oğlunun barəsində ayrı-ayrı vətəndaşlar tərəfindən onun qanuna zidd hərəkətləri haqqında məlumatlar daxil olmağa başlayıb". Bu barədə Sputnik Azərbaycan-a telekanaldan verilən məlumatda bildirilib.

Məlumata görə, vətəndaşların yazdığı ərizələrdən görünür ki, o, “Space” telekanalının və başqa təşkilatların adından sui-istifadə edərək qanunazidd hərəkətlərə yol verib. "Vətəndaşların müraciətlərinə baxılması haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq, həmən ərizələr “Space” telekanalı tərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilib.

Mikayıl Güləddinoğlu - Sputnik Azərbaycan
“Space”də Mikayıl Güləddinoğlunun verilişi bağlandı

Qeyd edək ki, unikal.org-a Aysel Səlimli və digər zərərçəkmişlərin verdiyi məlumata görə, "Elif Media" adlı prodakşının rəhbəri olmuş Vüqar Ağayev 2017-ci ildən etibarən insanlardan işə düzəltmək adı ilə dövlət rüsumu bəhanəsiylə müxtəlif məbləğlərdə pul alıb. Adıçəkilən şəxs zərərçəkmişləri əsasən "Space" Televiziyasına işə düzəldəcəyini bildirib. O, 1000 manatdan 30 000 manata qədər müxtəlif məbləğdə pullar alıb və heç kimi işə düzəltməyib.

Bundan əlavə, Vüqar Ağayev bəzilərinə saxta mənzil satıb, bəzilərinin adına kompüter, telefon kreditə götürərək, pullarını mənimsəyib. Vüqar Ağayev 19.07.2018 tarixində ölkəni tərk edərək qaçıb. Onun Gürcüstana qaçdığı təxmin edilir.

Təxmini hesablamalara görə, o, zərərçəkmişlərdən 500 min manatdan çox pul alıb. Həmçinin, Vüqar Ağayev sahibi olduğu prodakşının 20-dən çox işçisindən müxtəlif adlarla pul yığdığı bildirilir.

Onun "Space" televiziyasının bəzi əməkdaşları ilə əlbir olduğunu qeyd edən zərərçəkmişlər etirazlarını bildirmək üçün adıçəkilən kanala gedərək, etirazlarını bildiriblər. Bundan başqa, zərərçəkmişlər Yasamal rayonu 26-cı polis bölməsinə gedərək, şikayət ərizəsi yazıblar.

Qeyd edək ki, Vüqar Ağayev "Space" telekanalında yayımlanan "İşimiz var", "Yerimdəyəm" və "Prime Shok" verilişlərinin layihə rəhbəri olub.

Xəbər lenti
0