CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhədi saxta sənədlə keçmək istəyənlər saxlanılıb

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­canın döv­lət sərhədindən keçmək­, 2 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qar­şısı alın­ıb

BAKI, 24 iyul — Sputnik. Son gün­lərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­canın döv­lət sərhədindən keçmək­, 2 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qar­şısı alın­ıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, iyulun 19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçmaq istəyən 1982-ci il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı İqbal Mudassarın təqdim etdiyi pas­port­da saxta­laş­dırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində də­rin­­ləş­­dirilmiş yox­lama zamanı Yunanıstana məxsus daimi yaşa­yış vi­za­sının saxta olması təsdiqlənib.

İyulun 20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçmaq istəyən 3 İraq vətəndaşı — 1978-ci il təvəllüdlü Aldohuky Sherwan Bashir Yousif, 2002-ci il təvəllüdlü AIdohuky Sahand Sherwan Bashir, 2009-cu il təvəllüdlü Aldohuky Mohammed Sherwan Bashirin pasportlarına vurulmuş Almaniyaya məxsus Şengen vizalarının saxta olmasına şübhə yaranıb və dərin­­ləş­­dirilmiş yoxlama zamanı vizanın hə­qi­qə­tən də saxta­laşdı­rılması təsdiqini tapıb.

İyulun 21-də "Biləsuvar" dövlət sərhədindən buraxılış məntə­qəsində İran İslam Rüspublikasından gələn Azərbaycan Respub­lika­sı vətəndaşı Salyan rayonunun sakini 1966-cı il təvəl­lüd­lü Hü­sey­­nov Elçin Rzalı oğlunun əl yükünə baxış zamanı psixotrop dər­man olan 100 həb "Tamol", 20 həb "Astrodol" aşkar edilib.

© Photo : DSX-nin mətbuat xidmətiİsmayılov Sərxan
İsmayılov Sərxan - Sputnik Azərbaycan
İsmayılov Sərxan

İyulun 22-də "Şıxlı" dövlət sərhədindən buraxılış məntə­qəsində Gürcüstandan gələn Azərbaycan Respublikasının vətəndaşı Qazax rayonunun sakini 1994-cü il təvəllüdlü İsmayılov Sərxan Əlövsət oğ­lunun idarə etdiyi "Mercedes" markalı 35-BL-414 dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı avtomobilin yanacaq çə­nin­də gizlədilmiş şəkildə ümumi sayı 36402 ədəd olan 53 qutu "Superblitz" və 60 qutu "Petards" pirotexniki vasitə aşkar olun­ub.

Qeyd edilən faktlar üzrə müvafiq təd­bir­lər həyata keçirilir.

Xəbər lenti
0