BAKI, 24 iyul — Sputnik. Efiopiyada bir kişi peyğəmbər olduğunu iddia edib. O, bir ölünü dirildə biləcəyini bildirib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Getayaşkal Ayele adlı tibb işçisi bir müddət əvvəl ölən Belay Biftu adlı adamın ailəsini ziyarət edərək İncildə yazılan şeyi yenidən edə biləcəyini iddia edib.
Ailə Biftunu məzardan çıxarmağa razılıq verib. Getayaşkal Ayele cəsədin üzərinə uzanaraq "Belay, oyan" deyə qışqırmağa başlayıb. Biftunun ailə üzvlərindən bəziləri bu mənzərəni görəndən sonra özlərindən gediblər. Amma meyit dirilməyib. Ayele mərhumun ailə üzvləri tərəfindən döyülməyə başlayıb. Polis onu qəzəbli ailənin əlindən xilas edib. Amma qanunsuz iş gördüyü və ölüləri narahat etdiyi üçün saxlayıb.