BAKI, 24 iyul — Sputnik. "Ermənistan müdafiə nazirinin illüstrativ şərhləri ənənəvi erməni toy məclisindəki tamada nağıllarına bənzəyir".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şəxsi "Twitter" səhifəsində yazıb.
"İngilis atalar sözündə deyildiyi kimi, "boş gəmidən daha möhkəm səs çıxar". Ermənistan müdafiə naziri öyrəşdiyi stolüstü qərargah təlimləri ilə operativ reallığı qarışıq salır", — XİN təmsilçisi vurğulayıb.
Illustrative comments by Armenian Defence Minister reminds Tamada Tales in traditional Armenian wedding party. As English proverb says 'Empty vessels make the most noise'. Those who confuse accustomed table-top staff exercises with operational realities on the ground @armgov pic.twitter.com/PIIqRoHJlA
— Hikmet Hajiyev (@HikmetHajiyev) 23 июля 2018 г.