BAKI, 24 iyul — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, onu hava limanında Azərbaycan rəsmiləri və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) 24 июля 2018 г.
Səfər çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Çavuşoğlu-Məmmədyarov görüşündən sonra Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.