CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropanın cənubunda qiyamət qopub, xeyli sayda ölən və yaralanan var

© AP Photo / Thanassis StavrakisMeşə yanğını
Meşə yanğını - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə ərazisində böyük fəlakət yaşanır, insanlar təxliyə edilir

BAKI, 24 iyul — Sputnik. Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı azı 20 nəfərə çatıb. Sputnik Azərbaycan bu barədə BBC-yə istinadən xəbər verir.

Məlumata əsasən, yanğın nəticəsində 69 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan bir çoxunun vəziyyəti ağırdır. Afina ətrafında yaşayan sakinlərin təxliyəsi davam etdirilir. Bundan əlavə xilasedicilər yanğından qayıqla qaçan 10 turistin axtarışları üzrə işləri davam etdirir.

Qeyd edək ki, hazırda Yunanıstanda anomal istilər davam edir. Ölkənin bir sıra ərazilərində havanın hərarəti 40 dərəcəyə qədər yüksəlib.

Xəbər lenti
0