CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün tapılan uşaq barədə ilginc iddia

© Photo : Sosial şəbəkəİsmayıl Novruzovun hazırki vəziyyəti
İsmayıl Novruzovun hazırki vəziyyəti - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırldaq ki, Xaçmaz rayonunda bazar günü itkin düşmüş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlu bu gün tapılıb

BAKI, 23 iyul — Sputnik. "Bu gün tapılan 3 yaşlı İsmayıl Novruzov Xudat Rayon Xəsətxanasında müayinə edilib". Bu barədə Sputnik Azərbaycan-a uşağın yaxınları məlumat verib. Onların bildirdiklərinə görə, İsmayıl Novruzov "Mayak" istirahət mərkəzindən 500 metr aralıda çayda tapılıb: "Uşağı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tapıb. Ayaqları suda imiş. Müayinədən keçirilib. Sağlamdır. Hazırda istirahət mərkəzinə aparılıb. Biz güman edirik ki, onu kimsə aparıbmış, gətirib buraxıb. Çünki həmin yerlər dəfələrlə axtarılmışdı. Yox idi uşaq".

© Photo : Sosial şəbəkəİsmayıl Novruzovun hazırki vəziyyəti
İsmayıl Novruzovun hazırki vəziyyəti - Sputnik Azərbaycan
İsmayıl Novruzovun hazırki vəziyyəti

Xatırldaq ki, Xaçmaz rayonunda bazar günü itkin düşmüş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlu bu gün tapılıb.

Xəbər lenti
0