NATO gəmiləri Rusiya sərhəddi yaxınlığında

© Photo : Facebook / ВМС ЗС УкраїниNATO Hərbi-Dəniz qrupuna məxsus gəmilər Odessa limanına daxil olub
NATO Hərbi-Dəniz qrupuna məxsus gəmilər Odessa limanına daxil olub - Sputnik Azərbaycan
Abunə olmaq
NATO gəmiləri Qara dənizdə Ukrayna Hərbi-Dəniz Qüvvələri ilə birgə "PASSEX" tipli təlimlərdə iştirak edəcək

BAKI, 23 iyul — Sputnik. NATO Hərbi-Dəniz qrupuna məxsus gəmilər Odessa limanına daxil olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz qüvvələri məlumat yayıb.

Ümumilikdə limana 6 gəmi daxil olub: "Hollandiyaya məxsus "De Ruyter", Türkiyə freqatı "Fatih", Rumıniya freqatı "Regele Ferdinand", Almaniyanın "Rhein" köməkçi gəmisi, Türkiyənin mina tutan gəmisi "Anamur" və Rumıniyaya məxsus "Lupu Dinescu" mina gəmisi.

Qeyd olunur ki, onlar Qara dənizdə Ukrayna Hərbi-Dəniz Qüvvələri ilə birgə "PASSEX" tipli təlimlərdə iştirak edəcək.

Xəbər lenti
0