Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Su filtrləri satan şəxsləri ağlasığmaz cinayəti törətməyə nə təhrik edib

© Sputnik / Taras Litvinenko / Mediabanka keçidQapı
Qapı - Sputnik Azərbaycan
Abunə olmaq
Nübar qəsəbəsində baş verən kütləvi davanın və qətlin səbəbi sərxoş gənclərin qızlara qarşı hörmətsiz davranışı olub

BAKI, 23 iyul — Sputnik. Su filtrlərinin satıcıları qətldə təqsirli bilinir. Qətl törətməkdə şübhəli bilinən beş nəfər Abşeron rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb. Bu barədə AR Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti qurumun rəsmi saytında məlumat verib.

İyulun 19-da gecə saat 01:00 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları — Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər. 

Daxili işlər naziri Ramil Usubov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident Ramil Usubov və DİN zabitlərini təltif etdi

Abşeron rayonunun hüquq-mühafizə orqanları Sputnik Azərbaycan-a hadisənin təfərrüatı barədə məlumat verib. Sən demə, saxlanılan şəxslərin hamısı su filtrlərinin satışı üzrə ixtisaslaşmış firmanın işçiləridir. Fərid Qurbanov isə kütləvi dava zamanı xəsarət alıb. Araşdırma zamanı məlum olub ki, sözügedən beş nəfər firma işçisinin yanında onların iş yoldaşları olan üç qız da var imiş. Onlar Nübar qəsəbəsinə öz məhsullarını reklam etmək və satmaq üçün gəliblərmiş.

Yerli sakinlərdən birinin evində müqavilə əsasında öz işini başa çatdıran Fəxri Şahbazlı və onun həmkarları küçəyə çıxaraq xidməti maşınlarına doğru yönəliblər. Bu zaman küçədə məqsədsiz şəkildə dolaşan yerli gənclər qızlarla bağlı bərkdən xoşagəlməz ifadələr işlədiblər. Firmanın işçiləri öz həmkarlarını gənclərin söyüş və təhqirlərindən mühafizə etmək üçün onlara yaxınlaşıb iradlarını bildiriblər. Beləliklə də, onların arasında kütləvi dava başlayıb. Yerli xuliqanlar tərəfdən də kütləvi davada beş nəfər iştirak edib. Əldə olunan məlumata görə, qızları təhqir edən cavanlar sərxoş imiş. Münaqişə zamanı Qurbanov Şahbazlının üzərinə hücum edib. Şahbazlı isə özünü qorumaq üçün burğacla silahlanıb və bu silah da cinayətin alətinə çevrilib.

Hazırda Abşeron RPİ-nin əməkdaşları davanın digər iştirakçılarının saxlanılması istiqamətində iş aparırlar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Xəbər lenti
0