BAKI, 23 iyul — Sputnik. "Adnan Oktar işi" üzrə davam edən istintaq prosesində onunla yanaşı saxlanılan sübhəli şəxslərin ifadələri alınıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifadələr zamanı tükürpədici faktlar ortaya çıxıb.
M.K. adlı şübhəli kimi saxlanılan qadın ifadə verib. O bildirib ki, 22 il öncə gizli şəbəkə daxilində iyrənc və qeyri-qanuni münasibətdən bir oğlu dünyaya gəlib. Qadın uşağı anasına (uşağın nənəsinə) verərək təşkilatda yenidən fəaliyyətini davam etdirib.
Polislər M.K. —ya hazırda 22 yaşında olan oğlunun şəklini göstəriblər, amma qadın şəkildəki uşağı tanımayıb. Daha sonra qadına oğlunun 7 yaşında olarkən çəkilmiş şəkli göstərilib və qadın uşağını tanıyıb.
Polisə ifadəsində M.K. etiraf edib ki, oğlunu Adnan Oktarın təşkilatında fəaliyyətini davam etdirə bilmək üçün tərk edib və o gündən bu yana heç vaxt üzünü görməyib.