Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 23 iyul — Sputnik. Lənkəranda hamilə qadın dünyasını dəyişib. Sptunik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə Lənkəran şəhərində baş verib.
1998-ci il təvəllüdlü və 16 həftəlik hamilə olan Lənkəran şəhər sakini Günay İbrahimova evində hamiləlikdən qurtulmaq (abort) üçün dərman qəbul edib. Qəbul etdiyi dərman 20 yaşlı qadına və bətinindəki körpəyə pis təsir edib. Bu problemlə əlaqədar xəstəxanaya üz tutduqlarında isə artıq gec olub və nəticədə qadın bətnindəki körpə ilə birlikdə vəfat edib.
Mərhum G.İbrahimovanın meyiti müayinə olunması üçün aidiyyatı qurumlara təhvil verilib. Hazırda fakt araşdırılır.