CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abituriyentləri narahat edən problem aradan qaldırıldı, amma...

© Sputnik/Fuad Həsənovİmtahanın gedişi
İmtahanın gedişi - Sputnik Azərbaycan
Abunə olmaq
"Xeyli sayda abituriyentlər var ki, bu problemlə üzləşiblər və onlar bilmir ki, buraxılış vərəqəsini ayın 26-da çıxara bilərlər"

BAKI, 23 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universitetinin Maliyyə işləri üzrə prorektoru Yavər Məmmədov Dövlət İmtahan Mərkəzinin (DİM) saytında ciddi problem yarandığını bildirib.

O qeyd edib ki, Mərkəzinin (DİM) saytında yaranmış texniki problemlə əlaqədar olaraq I ixtisas qrupunun memarlıq istiqaməti üzrə qabiliyyət tələb edən ixtisaslarına qeydiyyatdan keçmək mümkün deyil. Qeydiyyat müddəti 24 iyul saat 24:00-da bitdiyi üçün yaranmış problem abituriyentlərin və onların ailələrinin narahatlığına səbəb olub. 

Sputnik Azərbaycan məsələni araşdırdıqdan sonra şikayətçi redaksiyamızla əlaqə saxlayaraq abituriyentlərin qarşılaşdıqları problemin, artıq həll olunduğunu bildirib: "Artıq Dövlət İmtahan Mərkəzinin saytında qeyd olunan problem öz həllini tapıb. Bizim e-mail ünvanımıza qeydiyyatdan keçməyimizlə bağlı məktub daxil olub”.

© Photo : Yavər Məmmədov tərəfindən təqdim olunubDİM-nin saytında qeydiyyat kağızı
DİM-nin saytında qeydiyyat kağızı - Sputnik Azərbaycan
DİM-nin saytında qeydiyyat kağızı

O deyib ki, qeydiyyatdan keçsələr də, buraxılış vərəqələrini çap edə bilməyiblər: “Məktubda qeyd olunur ki, biz buraxılış vərəqəsini iyulun 26-da çap edə bilərik. Yəni bu barədə bizə müraciət etdiyimiz üçün cavab verilib. Dövlət İmtahan Mərkəzində qeydiyyatdan keçdiyimiz səhifədə bununla bağlı heç bir məlumat verilməyib. Xeyli sayda abituriyentlər var ki, bu problemlə üzləşiblər və onlar bilmir ki, buraxılış vərəqəsini ayın 26-da çıxara bilərlər".

“Qeydiyyatdan keçdiyimiz səhifədə 26 iyulla bağlı heç bir məlumat yoxdur. Əksinə, orada yazılıb ki, komissiyalar seçildikdən sonra mütləq təsdiq olunmalıdır. V qrup komissiyaların təsdiqi 26 iyul, saat 23.59 da bitir. Ancaq I qrupla bağlı hərhansı məlumat yoxdur. İndi ayın 26-sını gözləyirik. Görək nəticə necə olur” – deyə Y.Məmmədov əlavə edib.

Y.Məmmədov, həmçinin vurğulayıb ki, həftə sonu DİM-in saytı işləməyib. Onlar dəfələrlə qeydiyyatdan keçməyə cəhd etsələr də, alınmayıb: "Qurumun heç bir telefonuna cavab verən olmadı ki, problemimizi deyə bilək. Və yaxud, saytda qeyd edilməmişdi ki, belə bir problem yaşana bilər. Yaxşı olardı ki, bu məsələlərdə Dövlət İmtahan Mərkəzi bir qədər diqqətli olsun".

Xəbər lenti
0