BAKI, 22 iyul — Sputnik. Türkiyədə daha bir kartinq faciəsi yaşanıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, saçları kartinq avtomobilinin təkərinə dolaşan qız ağır yaralanıb.
Türkmənistan mənşəli 22 yaşlı Nurjemal Annalyevanın saçları yarış zamanı anidən sağ təkərə ilişib. Qızın saçları və başının dərisi qopub. Xəstəxanaya aparılan qız təcili əməliyyat edilib. Hadisə ilə bağlı araşdırma başlanılıb.
Xatırladaq ki, bənzər hadisə aprel ayında da baş vermişdi. Gənc qızın şərfi təkərə dolanmış, qız ağır yaralanmışdı.