BAKI, 22 iyul — Sputnik. Rusiya-Ermənistan kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silahın verilməsi tamamilə başa çatıb.
"Sputnik Armeniya"a xəbər verir ki, bu barədə bazar günü jurnalistlərə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.
Nazir bildirib ki, müasir silahlar idxal edilib. O, bəlkə heç Rusiya ordusunun özündə də belə silahlar olmadığını istisna etməyib.
Tonoyan həmçinin qeyd edib ki, Ermənistan-Rusiya dostluq münasibətləri bir çox müqavilələrlə güclənib. Lakin o, lazım gələrsə, bəzi müqavilələrin müddəalarına yenidən baxılmasını da istisna etməyib.
Rusiya 2016-cı ildə Ermənistana silah almaq üçün 200 milyon dollar ayırıb.