BAKI, 22 iyul — Sputnik. Sevgilisini 25 bıçaq zərbəsi ilə öldürən Keniya gözəli edam ediləcək.
Sputik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Keniya gözəllik müsabiqəsi qalibinin 24 yaşı var. Məhkəmədə sevgilisi, 25 yaşlı Fərid Məhəmmədi öldürdüyünü etiraf edən Ruz Kamande peşman olmadığını deyib və çox rahat davranıb. Məhkəmə qızı edam cəzasına məhkum edib.
Ruza edam qərarı verilməsi 1987-ci ildən heç kimin edam edilmədiyi Keniyada insan haqlarını müdafiə edənlərin narazılığına səbəb olub. Öldürülən gəncin bibisi isə qərarın ədaləti olduğunu bildirib.