BAKI, 22 iyul — Sputnik. "One Direction" qrupu ilə məşhur olduqdan sonra karyerasına solo olaraq davam edən Liam Payne "kabuslu evini" kirayə verir.
Sputnik Azərbaycan-ın xarici mətbuata istinadla məlumatına görə, sənətçi bir müddət öncə ayrıldığı sevgilisi Çeryil Kole ilə birlikdə yaşadığı ev üçün ayda 60 min dollar istəyir. Payne daha əvvəl də Los-Ancelesdə olan evini satmağa qərar vermişdi. Ancaq 13.9 milyonluq evə alıcı çıxmayandan sonra bu dəfə kirayə vermək qərarına gəlib.
Cütlük bu evi 2015-ci ildə 10 milyon dollara satın alıb. Çeryil Kole oğulları Beara hamilə qaldığı zaman burada yaşayıb.
Payne müsahibələrində evində kabus olduğunu və izah edilməz hadisələrin baş verdiyini demişdi. Payne o dövrdə hamilə olan sevgilisi Kolenin yanında yatmadığını deyərək, evdə qəribə hadisələrin baş verdiyini bildirmişdi: "Gecə saatlarında evə yanıb sönən işıqlar görürdük. Evdə bəzi izah edilməz hadisələr baş verirdi. Bəzən su kranları öz-özünə açılıb bağlanırdı".
Payne yataq oyağında yata bilmədikləri üçün film otağında yatdıqlarını da bildirmişdi.
Payne sevgilisindən bu ayın əvvəli ayrılıb.
Cütlüyün "kabuslu evi" isə Monto Nido bölgəsində yerləşir.