BAKI, 22 iyul — Sputnik. ABŞ-da çiy hind quşu (hinduşka) ətindən epidemiya yayılıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Nyu Cersi ştatının Səhiyyə Mərkəzi tərəfindən verilən açıqlamada çiy hinduşka ətinin Salmonella virusu yaydığı bildirilib. Məlumatda yayılan virusun hind quşu əti və məhsulları ilə əlaqəli olduğu və bu epidemiyanın 26 əyalətdə 90 nəfərə yoluxduğu qeyd edilib.
Müxtəlif yerlərdən gətirilən hind quşu əti və məhsulları insanları Salmonella epidemyası ilə qarşı-qarşıya qoyub.
Verilən açıqlamaya görə, xam hind quşu, heyvan yemi, çiy hind quşu məhsulları və canlı hind quşlarından götürlən nümunələrdə Salmonella müəyyən edilib. Epidemiya ötən ilin noyabr ayından başlayıb və bu müddət ərzində 26 əyalətdə 90 nəfər müxtəlif xəstəxanalarda müalicə alıb. Epidemiyadan hələ ki, ölən yoxdur. Açıqlamada vətəndaşlar çiy hind quşu əti və məhsulları alarkən diqqətli olmağa çağırılır.