CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onu da düzgün istifadə etmirik, həyatımıza qəsd edirik

CC0 / SplitShire / DrivingВодитель и пассажир в салоне автомобиля, фото из архива
Водитель и пассажир в салоне автомобиля, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobilə əyləşən zaman əvvəlcə pəncərələri 1-2 dəqiqəliyə açıb havanı dəyişmək, sonra kondisioneri yandırmaq olar

BAKI, 22 iyul — Sputnik. Çox adam avtomobilinə əyləşən kimi kondisioneri işə salır. Sputnik Azərbaycan xəbər verir ki, bu həm özümüzə, həm də sərnişin qismində olan insanların sağlamlığı üçün təhlükəlidir.

Bunun səbəbi avtomobilimizi saxlayan zaman pəncərələri bağlamağımızdır. Avtomobilimizin pəncərələrini bağlayıb getdiyimiz zaman onun içində 400-800 milliqram benzin yığılır. Pəncərələr bağlı şəkildə avtomobilə oturduğumuzda isə benzinlə nəfəs alırıq. Bu da qara ciyələri, böyrəkləri və sümüklərə təsir edir. Benzinin orqanizmdən xaric edilməsi isə uzun zaman alır. Buna görə də, avtomobilə əyləşən zaman əvvəlcə pəncərələri 1-2 dəqiqəliyə açıb havanı dəyişmək, sonra kondisioneri yandırmaq olar.

Kondisionerdən istifadə etdiyiniz zaman çalışın ki, onun ağızlığı sizin üzünüzə vurmasın. Sərinliyin avtomobilə yayılması üçün ağızlığın yuxarı baxması önəmldir.

Avtomobilə əyləşdiyiniz zaman kondisionerin sürətini avtomata qoyun.  Bu həm sizin sağlamlığınız üçün önəmlidir, həm də şüşələri buxar bağlamaqdan qoruyacaq.

 

Xəbər lenti
0