Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rəsmən elan olundu: Müharibə başlayıb!

CC0 / geralt / US-EUABŞ və Avropa Birliyi
ABŞ və Avropa Birliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev ilk addımı atmayana qədər ticari dialoqla bağlı Avropa Komissiyası tərəfindən rəsmi təklif verilməsi müzakirə mövzusu ola bilməz

BAKI, 22 iyul — Sputnik. Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer ABŞ və Avropa arasında artıq ticarət müharibəsi getdiyini elan edib.

Sputnik Azərbaycan "Reuters"ə istinadla xəbər verib ki, nazir, G20-də hamının müharibənin reallıq olduğunu başa düşdüyünü qeyd edib: "Bu, bütün dünya iqtisadiyyatı üçün təhlükədir. Mən ABŞ-ı ağlını işə salmağa və müttəfiqlərə və onların qaydalarına hörmət etməyə çağırıram".

Le Mer əlavə edib ki, Ağ Ev ilk addımı atmayana qədər ticari dialoqla bağlı Avropa Komissiyası tərəfindən rəsmi təklif verilməsi müzakirə mövzusu ola bilməz: "Avropanın cavab addımları atmaqdan savayı çıxış yolu qalmayacaq".

İyulun 21-də Beynəlxalq Valyuta Fondunun direktoru Kristian Laqard Buenos-Ayresdə G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri ilə görüşdə ticarət müharibəsinin dünya iqtisadiyyatının artım sürətinə ciddi təsir edə biləcəyini söyləyib: "ABŞ-ın rüsumları və tarifləri təsir göstərir və pis ssenaridə qlobal ÜDM-in 0,5 azalmasına gətirib çıxaracaq".

Ticarət müharibəsi 2017-ci ilin sonunda başlayıb. Donald Tramp Çin mallarına qarşı məhdudiyyətlər tətbiq edib. Daha sonra analoji addımlar Avropa, Rusiya və dünyanın digər ölkələrinə qarşı atılıb.

Xəbər lenti
0