Əflatun Amaşov: "Əkinçi" Azərbaycan xalqının inkişafında mühüm rol oynayıb"
"Əkinçi" qəzeti Azərbaycan xalqının milli şüurunun oyatdı, milli məfkurə saflığının əsasının qoyulmasında mühüm rol oynadı". Sputnik-Azərbaycan xəbər verir ki bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
O deyib ki, "Əkinçi" qəzetinin ümumilikdə 56 sayı işıq üzü görsə də, o, Azərbaycan xalqının uzun müddət arzuladığı ideyaları bir daha diqqətə gətirə bilib:
"Əkinçi" qəzeti ümummilli maraqların önə kəçilməsi və geriliyə qarşı mübarizəsi ilə Azərbaycan xalqının inkişafında mühüm rol oynayıb", — MŞ sədri bildirib.
MŞ sədrinin geniş şərhini audio-faylda dinləyə bilərsiniz