BAKI, 22 iyul — Sputnik. Diş pastası ciddi xəstəliklərə səbəb ola bilər.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Texas Universitetinin alimləri diş pastasının ikinci tip şəkərli diabetə səbəb ola biləcəyini hesab edirlər. Səbəb isə pastaların tərkibində olan titan dioksid E171 maddəsidir.
Məlumata görə, təhlükəli maddə kosmetologiyada və qida sənayesində istifadə edilir. E171 bəyazlıq verir.
Titan dioksid ötən əsrin ortalarında aşkarlanıb. Alimlər müəyyən edib ki, bu maddə aşkar ediləndən sonra "şəkərli diabet" halları 4 dəfə artıb.
Alimlər yoxlamaq üçün 11 könüllü üzərində araşdırma aparıblar. Könüllülər öz mədəaltı vəzilərindən hüceyrə nümunəsi verib. Müəyyən edilib ki, 8 nəfərdə titan dioksid var. Bununla yanaşı, onlar şəkərli diabet xəstələridir. 3 könüllünün nümunəsində isə titan dioksid aşkarlanmayıb və onların şəkərli diabet xəstəsi olmadığı müəyyən edilib.
Hazırda alimlər daha çox könülü üzərində təcrübə aparmağı düşünürlər.