BAKI, 21 iyul — Sputnik. ABŞ-ın keçmiş prezidenti böyük Corc Buşun kardioloqu güllələnib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə Hyuston şəhərində Texas Tibb Mərkəzinin yaxınlığında baş verib. Məlumata görə, qurban və qatil üzbəüz velosiped sürürmüş. Onlar bir-birinə yaxınlaşanda qatil 2 dəfə atəş açıb. Həkim Mark Xausnext aldığı yaradan dünyasını dəyişib.
— Houston Police (@houstonpolice) 20 июля 2018 г.
Qatil axtarışa verilib. Onun təxminən 30 yaşlı var, hadisə zamanı beysbol kepkası geyib, gün eynəyi taxıb. Ağdərili və ya Latın Amerikası mənşəli. O, jilet və şortda olub.
Keçmiş prezidentin nümayəndələri həkimin ailəsinə, dostlarına və həmkarlarına başsağlığı verib.
— Jim McGrath (@jgm41) 20 июля 2018 г.
"Mark fantastik kardioloq və yaxşı insan idi. Mən həmişə ona minnətdar olacağam. Onun ailəsi üçün dua edirik" – deyə böyük Corc Buş bildirib.
Xatırladaq ki, Corc Herbert Uoker (Corc Buş) 1989-1993-cü illərdə ABŞ prezidenti olub.