İldə 1.3 milyon insan bu səbəbdən ölür

© Sputnik / Vladimir Smirnov / Mediabanka keçidReanimasiya, arxiv şəkli
Reanimasiya, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nəinki siqaret çəkənlər, siqaret tüstüsü udanlar da bu xəstəliyə tutula bilər

BAKI, 21 iyul — Sputnik. Dünyada hər il 1.3 milyon insan bu səbəbdən dünyasını dəyişir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, bu insanlar ağciyər xərçəngindən dünyasını dəyişir. Bu xəstəlik nədir və niyə yaranır?

Xərçəng ağciyərdə anormal hüceyrələrin çoxalması nəticəsində yaranır. Daha sonra ağciyəri sıradan çıxarır, ardınca qaraciyər, sümük və beyinə xərçənginin yaranmasına səbəb olur.

Ağciyər xərçənginə siqaret, havanın çirkli olması və digər amillər səbəb ola bilir. Nəinki siqaret çəkənlər, siqaret tüstüsü udanlar da bu xəstəliyə tutula bilər.

Bu xəstəlik ilk vaxtlar bilinmir və xəstəlik daha da güclənəndə özünü biruzə verir. Onun əlamətləri keçməyən öskürək, qan tüpürmək, təngnəfəslik, arıqlamaq, sümük ağrıları, baş ağrısı, yorğunluqdur.

Xəbər lenti
0