CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qərar qəbul edildi, "Facebook" və "Instagram" əlçatmaz olacaq

© AFP 2024 / Eric BARADATSosial mesengerlərin iconları
Sosial mesengerlərin iconları - Sputnik Azərbaycan
Abunə olmaq
“Facebook”dan verilən açıqlamada, istifadəçilərin daha aktiv şəkildə yoxlanacağı bildirilir.

BAKI, 21 iyul — Sputnik. “Facebook” və “Instagram” valideynlərin ruhunu oxşayacaq addım atmaq qərarına gəlib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 13 yaşdan aşağı istifadəçilərin profilini bağlamaq üçün daha aktiv fəaliyyət göstərmək barədə qərar qəbul edilib. “Facebook”dan verilən açıqlamada, istifadəçilərin daha aktiv şəkildə yoxlanacağı bildirilir. Bağlanılan səhifələrin qaytarılması üçün istifadəçilər üstündə şəkil olan şəxsiyyət vasitələri ilə yaşlarını sübut etmək məcburiyyətində qalacaqlar.

Ümumiyyətlə, qanuna görə, 13 yaşdan aşağı olan şəxslər "Facebook" və ya “Instagram”a daxil ola bilməzlər. Amma bu qaydaya əməl edilmirdi. Çox zaman sosial şəbəkədəki hesablar ancaq məhkəmə prosesi və ya  istintaq zamanı yoxlanılırdı.

Bundan sonra çox sayda yetkinlik yaşına çatmayan istifadəçinin şəxsi hesablarının bağlanması gözlənilir. Sərt qərarın istifadəçi sayına bağlı olan bu sosial şəbəkələrdə reklam gəlirlərini azalda bilər.

Xəbər lenti
0