CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin səhlənkarlığı 13 nəfəri xəstəxanalıq etdi

© Photo : REPORTBakıda “ZİL” “QAZel”ə çırpılıb
Bakıda “ZİL” “QAZel”ə çırpılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində V.Cavadovun idarə etdiyi avtomobildəki 13 sərniş xəstəxanaya yerləşdirilib

BAKI, 20 iyul — Sputnik. İyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 13 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəza hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəza Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi "ZİL" və Vəli Cavadovun idarə etdiyi "QAZel" markalı avtomobillərin toqquşması nəticəsində törədilib.

Hadisə nəticəsində V.Cavadovun idarə etdiyi avtomobildəki 13 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0