CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandan strateji cihaz çıxaran cinayətkar qrup tutuldu

© Photo : DGK mətbuat xidmətiHava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb
Hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb

BAKI, 20 iyul — Sputnik. Xaçmaz Gömrük İdarəsinin əməkdaşları hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılarkən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda aşkar edilib. Fakt əsasında Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb.

© Photo : DGK mətbuat xidmətiHava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb
Hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb  - Sputnik Azərbaycan
Hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb

İstintaq nəticəsində cinayətkar qrupun 4 üzvü, Azərbaycan Respublikasının vətəndaşları — Qarayev Ələddin Fəyyaz oğlu, Əhmədov Fərman Allahyar oğlu, Mehdiyeva Südabə Gülməmməd qızı və Rusiya Federasiyasının vətəndaşı Axundov İdris Nəsib oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə onlara ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, İdris Axundov hava gəmilərində istifadə edilən külli miqdarda cihazı Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə Ələddin Qarayev, Fərman Əhmədov və Südabə Mehdiyeva ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.

© Photo : DGK mətbuat xidmətiHava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb
Hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb  - Sputnik Azərbaycan
Hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb

Əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Ələddin Qarayev Azərbaycanın gömrük sərhədindən qaçqmalçılıq yolu ilə keçirilərək Rusiya Federasiyasına göndərmək məqsədilə ümumilikdə 68 adda cihazı yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndindən Bakı şəhərinə, Fərman Əhmədova göndərib.

Fərman Əhmədov isə həmin malları Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki "Sədərək" bazarında Südabə Mehdiyevaya təhvil verib. Həhayət, həmin mallar sonuncu şəxs tərəfindən ölkənin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Xəbər lenti
0