BAKI, 20 iyul — Sputnik. Türkiyənin Zonquldaq şəhərində hər kəsi şoka salan hadisə baş verib.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərdə kifayət qədər tanın polis rəisi saxlanılıb. O, 22 yaşlı qızına 8 il təcavüz etməkdə günahlandırılır.
Qızı polisə şikayət edərək atasının ona təcavüz etdiyini deyib. Gənc qız təsdiq üçün atasının səsini də yazaraq polislərə təqdim edib.